Yazını böyüt
Yazını kiçilt
Misirin “Garbnews” informasiya portalı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünün rəsmi “Twitter” hesabında rəşadətli Ordumuzun daha 16 kəndi azad etməsi barədə paylaşımını yayıb.
Hafta.az xəbər verir ki, ölkəmizin Misirdəki səfirliyinin dəstəyi ilə azertac-a istinadla yayılan xəbərdə bildirilir ki, Prezident İlham Əliyev müzəffər Azərbaycan Ordusunun Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad etdiyini bəyan edib.